"Qarabağ"ın futbolçusu Faysal Rerras karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, B seriyası təmsilçisi "Benevento" sol cinah müdafiəçisini transfer etmək istəyir.
Faysalın növbəti mövsüm böyük ehtimalla A seriyasında iştirak edəcək "Benevento"ya keçidi real görünür. Düzdür, "Qarabağ"ın oyunçu ilə yaya qədər olan müqavilə müddətini daha bir il uzatmaq imkanı var. Ancaq italyanlar Azərbaycan çempionunun bu hüququndan yararlanmayacağını vurğulayıblar.
Mərakeş əsilli belçikalı müdafiəçi həmçinin "Krotone" (İtaliya), "Lans" (Fransa) və "Çaykur Rizespor"un (Türkiyə) da maraq dairəsindədir.
Qeyd edək ki, 26 yaşlı futbolçu "Qarabağ"a ötən ilin yayında "Beziers"dən keçib.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək