Jelko Sopiçin “qara siyahı”sı
27.12.2019 - 15:17
Bakının “Sabah" klubunun qış fasiləsində yollarını ayırmaq istədiyi futbolçular məlum olub.
Apasport.az saytının məlumatına görə, komandanın xorvatiyalı baş məşqçisi Yelko Sopiç bir neçə futbolçudan narazıdır.
O, komandanın müdafiəçisi Filip Ivanoviçin də çıxışından narazı qalıb. Mütəxəssis serbiyalı legionerin əvəzinə yeni müdafiəçi gətirmək istəyir. J.Sopiç artıq komanda üçün hansı müdafiəçilərin uyğun ola biləcəyini gözdən keçirir.
Hücum xəttində çıxış edən Amadu Diallo və Ulise Diallonun da komandada qalıb-qalmayacağı yaxın vaxtlarda dəqiqləşəcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0