“Qarabağ”ın bolqarıstanlı futbolçusu Simeon Slavçev karyerasını Polşada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi qış “transfer pəncərəsi”nin açılması ərəfəsində daha bir təklif alıb.
S.Slavçev Plotskun “Visla” klubunun maraq dairəsinə düşüb. Onun bu komandaya keçidində Polşa təmsilçisinin şərəfini qoruyan təcrübəli müdafiəçi Yakub Jezniçak vasitəçiliyi üzərinə götürüb.
“Qarabağ”ın sabiq müdafiəçisi məşqçilər korpusuna bolqarıstanlının “Visla”ya kömək ola biləcəyini bildirib. Məhz Y.Jezniçak sabiq komanda yoldaşını da heyətə qatmağı məsləhət görüb. “Qarabağ”da oynamaq şansı qazanmayan S.Slavçevin polşalılarla danışıqları müsbət yekunlaşsa, qışdan sonra “Visla”nın formasını geyinəcək.
Qeyd edək ki, bu ölkə 26 yaşlı yarımmüdafiəçi üçün yad deyil. O, 2016-2018-ci illərdə Qdanskın “Leçiya” klubunda oynayıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı