Jirunun yeni klubu bəlli oldu - “Milan”a gedir
27.05.2021 - 01:14
İngiltərənin “Çelsi” klubunun fransalı futbolçusu Olivye Juru karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, hücumçu və A seriyası təmsilçisi müqavilə barədə prinsipial razılaşma əldə edib.
Tərəflər 2 illik müqavilə imzalayacaq. Müqavilə Çempionlar Liqasının “Mançester Siti” ilə final oyunundan sonra rəsmiləşdiriləcək.
Qeyd edək ki, Olivye Premyer Liqada cari mövsümün 17 oyununda 4 qol vurub.
0
0