Joze Mourinyo “Tottenhem”də
20.11.2019 - 11:05
İngiltərənin “Tottenhem” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis Joze Mourinyo London təmsilçinin yeni baş məşqçisi təyin olunub.
56 yaşlı mütəxəssislə 2022/23 mövsümünün sonuna qədər müqavilə imzalanıb. O, istefaya göndərilən Maurisio Poçettinonu əvəzləyib.
Qeyd edək ki, J.Mourinyonun son iş yeri 2018-ci ilin dekabrında ayrıldığı “Mançester Yunayted” olub.
0
0