Joze Mourinyo həmyerlilərini “Tottenhem”ə çağırır
21.11.2019 - 23:02
İngiltərənin “Tottenhem” klubu heyətinə iki portuqaliyalı futbolçu qata bilər.
Apasport.az saytının məlumatına görə, London təmsilçisinə yeni baş məşqçi təyin olunan Joze Mourinyo həmyerlilərinin transferində maraqlıdır.
O, “Benfika”nın müdafiəçisi Ruben Diaş və “Sportinq”in yarımmüdafiəçisi Brunu Fernandeşi komandasında görmək istəyir. “Tottenhem” hələ yayda sonuncunu transfer etmək niyyətində olsa da, keçid baş tutmamışdı.
Qeyd edək ki, “Tottenhem”ın qış transferləri üçün pul ayırmayacağı da iddia olunur.
0
0