Azərbaycan Premyer Liqasında 2022-ci ilin ən yaxşı bombardirləri bəlli olub.
Apasport.az saytının məlumatına görə, mövsümün ikinci yarısında baş tutan 9 turda ən çox qola Kadi Borqes imza atıb.
“Qarabağ”ın legioneri qış fasiləsindən sonra 7 dəfə rəqib qapısına yol tapıb. Digər futbolçular isə ona həsədlə baxırlar.
“Zirə”nin yeni transferi Hamidu Keyta qışda qoşulduğu komanda üçün 5 qola imza atıb. Kadinin komanda yoldaşı İbrahima Vadjinin aktivində 4 top var.
Ümumiyyətlə, bu il 9 futbolçu 3 və ya daha çox qol vurmağı bacarıb. Onlardan altısının hesabında üç qol var.
“Doqquzluq”da “Qarabağ” hamıdan çox – 5 oyunçu ilə təmsil olunub. “Zirə”, “Neftçi”, “Sabah”, hətta çempionatın autsayderi “Səbail”in bir üzvü minimum 3 qol vurmağa nail olub. “Şamaxı”, “Qəbələ” və “Sumqayıt”ın heyətində 2-dən artıq qol vuran yoxdur.
1. Kadi Borqes (Qarabağ) – 7
2. Hamidu Keyta (Zirə) – 5
3. İbrahima Vadji (Qarabağ) – 4
4-9. Coy-Lens Mikels (Sabah) - 3
Filip Ozobiç (Qarabağ) - 3
Leandro Andrade (Qarabağ) - 3
Nikolas Raysel (Səbail) - 3
Ramil Şeydayev (Qarabağ) - 3
Tyaqo Bezerra (Neftçi) - 3