Küveytin “Əl-Salmiyə” klubunda çıxış edən Kamal Mirzəyevin apasport.az saytına müsahibəsi
- Küveytdəki işlərin necə gedir? Çempionatdakı çıxışınızı necə dəyərləndirirsiz?
- Hər şey qaydasındadır. Öz çıxışımı dəyərləndirməyim düzgün olmaz. Hər halda, məşqçilər korpusu çıxışımı dəyərləndirə bilər. “Əl-Salmiyə” hazırda ikinci pillədə qərarlaşıbsa, özümdən də, komanda yoldaşlarımdan da razıyam. Amma uğurlu çıxışımızın davamını gətirmək lazımdır.
- Son turda komandanın “Əl-Saleh”i 5:1 hesabı ilə məğlub etdiyi görüşdə məhsuldar ötürmə ilə yadda qaldız. Artıq bir qol vurub, məhsuldar ötürmə də etmisiz. Çıxışını davam etdirmək üçün nə lazımdır?
- Rəqibin ikinci dəqiqədə vurduğu qol bizi sanki yuxudan oyatdı. Hər matçda da istədiyin kimi oynaya bilmirsən. Çünki rəqib də səni analiz edir, araşdırır. Ancaq əsas odur ki, sonda qələbə qazandıq. İnanıram ki, davamı gələcək.
- Baş məşqçinin etimadını qazanmaq necə, çox çətindir, yoxsa artıq əsas heyət oyunçusuna çevrilmisiz?
- Özümü komandada çox yaxşı hiss edirəm. Nəticələr ürəkaçan olduqda kollektivdə də atmosfer də normal olur. Baş məşqçimiz çalışdığı qədər bizimlə söhbət edir, fərdi danışıqlar aparır. O, heç bir futbolçunu bir-birindən ayırmır. Xaricilərlə yerlilərin balansını qorumağı bacarır.
- Küveytə öyrəşə bilmisiz?
- Problem yaradan məsələ yalnız maşın sürmələridir. Burada sanki maşın sürmürlər, GTA oynayırlar. Ona görə də qorxa-qorxa maşın sürürəm (gülür).
- Yəqin ki, komanda yoldaşlarınla da, futboldankənar həyatda da ingilis dilində danışırsız? Yoxsa, artıq ərəb dilini öyrənməyə başlamısız?
- Burada ABŞ-ın çoxlu sayda universitetləri, məktəbləri fəaliyyət göstərir. Demək olar ki, Küveyt əhalisinin 70-80 faizi ingilis dilində danışa bilir. Məşqdə də, küçədə də ingilis dilində danışılır. Ancaq ərəb dili də mənim üçün vacibdir. Ən çox vaxtımı elə ərəb dilini öyrənməyə ayırıram.
- Küveyt çempionatı ilə Azərbaycan Premyer Liqası arasında hansı fərqlər var?
- Düzünü desəm, iki çempionat arasında elə də böyük fərq yoxdur. Sadəcə Azərbaycan klubları Avropa Liqasına çıxışı olduğuna görə bir addım öndədir.
- Ərəb ölkəsində oynayaraq Azərbaycan millisinə cəlb olunmağı real hesab edirsiz?
- Milli komandaya kim yaxşı formadadırsa, hazırdırsa, həmin oyunçu da dəvət edilir. Ona görə də əslində mən özüm də yığmaya dəvət olunacağımı gözləyirəm. Qarşıdakı toplanışlara dəvət alacağıma inanıram.
- “Əl-Qadisiyə” sizi transfer etmək istəyirdi. Oraya keçmək ehtimalınız var, yoxsa “Əl-Salmiyə” sizi ora buraxmadı?
- Təkliflər olur. Amma heç bir kluba keçməyəcəm, yaya qədər burada qalacam.
- Azərbaycan çempionatı kənardan necə görünür? Premyer Liqaya qayıtmaq istəyirsiz?
- Bizim çempionat yaxşıdır, güclü liqadır. Təkcə “Qarabağ” və “Neftçi” yox, “Keşlə” də bu mövsüm yaxşı çıxış edir. Amma Azərbaycan çempionatına hələ ki, qayıtmağı düşünmürəm.
- Komanda yoldaşlarınız, ya azarkeşləriniz heç Azərbaycan futbolu haqda nəsə soruşurlar?
- Əlbəttə ki, çox soruşurlar. Çempionlar Liqasında, Avropa Liqasındakı çıxışlarımızı soruşurlar. Mənə “Qarabağ” haqda daha çox suallar verirlər. Demək olar ki, Küveytdə ən çox “Qarabağ” və “Neftçi”ni tanıyırlar.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı