Kamran Ağayev seçimini etdi – 1 il, ayı 1000 manat
24.06.2021 - 15:57
Kamran Ağayev seçimini etdi – 1 il, ayı 1000 manat

Azərbaycan yığmasının sabiq qapıçısı Kamran Ağayev gələcəyi ilə bağlı qərarını konkretləşdirib.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı qolkiper daha 1 il karyerasını davam etdirəcək.

İlyarımlıq fasilədən sonra - ötən ilin payızında sevimli peşəsinə geri dönən “əlcək sahibi” “Səbail”də qalmağa razılaşıb.

Qeyd edək ki, Ağayevin Bayıl təmsilçisində aylıq qazancı 1000 manatı keçmir (sportinfo.az).