Kapitan dəyişikliyi istəyir – “Milan” azarkeşləri
14.06.2021 - 17:08
İtaliyanın “Milan” klubunun kapitanı dəyişdirilə bilər.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi bu vəzifəni Simon Kyerə vermək niyyətindədir.
Buna danimarkalı müdafiəçinin AVRO-2020-dəki hərəkəti səbəb olub. Finlandiya ilə qarşılaşmada (0:1) komanda yoldaşlı Kristian Eriksenin huşunu itirməsindən sonra özünü əsl kapitan kimi aparan Simon “Milan” tərəfdarlarının rəğbətini qazanıb.
Azarkeşlər klub rəhbərliyinə müraciət edərək Kyerin kapitanlığını istəyib. “Milan” rəsmiləri bu xahişə müsbət yanaşır.
Qeyd edək ki, “Milan”ın hazırkı kapitanı Alessio Romanyolidir.
0
0