Kapitanı zədələndi – “Qəbələ”nin
11.09.2021 - 19:44
“Qəbələ” kapitanı Asif Məmmədovu itirib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Premyer Liqanın III turunda “Sabah”la oyunda zədələnib.
Matçın 82-ci dəqiqəsində top uğrunda mübarizədə sol ayağından xəsarət alan 35 yaşlı orta sahə oyunçusu həkim müdaxiləsindən sonra meydana dönsə də, mübarizəni davam etdirə bilməyib. Nəticədə baş məşqçi Elmar Baxşıyev 85-ci dəqiqədə onu əvəzləyib.
Qeyd edək ki, hazırda son dəqiqələri gedən görüşdə “Qəbələ” 1:0 hesabı ilə öndədir.
0
0