Kapitanla yeni müqavilə: 40 yaşınadək oynayacaq
26.12.2019 - 16:47
Kapitanla yeni müqavilə: 40 yaşınadək oynayacaq

İspaniyanın “Betis” klubu futbolçusu Xoakin Sançeslə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, yeni anlaşma 2021-ci ilin yayına qədər nəzərdə tutulub. 

38 yaşlı ispaniyalının hazırkı müqaviləsi isə cari mövsümün sonunda başa çatmalı idi. Bu isə o deməkdir ki, Xoakin 40 yaşına qədər Sevilya təmsilçisində qalacaq.

Qeyd edək ki, “Betis”in kapitanı cari mövsümdə 17 oyun keçirib və 6 qol vurub.