Kapitanlığı puldan üstün tutur – İmmobile
22.06.2020 - 17:35
İtaliya A seriyasının bombardiri Çiro İmmobile “Latsio”da qalmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu İngiltərə klublarından aldığı təklifi qəbul etməyib.
“Mançester Yunayted” və “Nyukasl”ın cəlbedici vədlərinə baxmayaraq, Çiro Roma təmsilçisində qalmağa üstünlük verib. İllik qazancı 4 milyon avroya qaldırılacaq forvard indiki klubu ilə Çempionlar Liqasında oynamaq və yeni mövsümdən kapitan olmaq üçün “Latsio”da qalmağın tərəfdarıdır.
0
0