Karlosla bağlı qərar
26.01.2022 - 13:53
Karlosla bağlı qərar

“Sevilya”nın futbolçusu Dieqo Karlos İspaniya klubunu tərk etməyəcək.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı La Liqa təmsilçisinin rəhbərliyi verib.

Sevilyanın eyniadlı klubu 28 yaşlı braziliyalı müdafiəçini satmayacaq. İngiltərə “Nyukaslı” Dieqonun xidmətində maraqlı olsa da, ispaniyalılar bu keçidə razılıq verməyib.

Qeyd edək ki, Karlos La Liqanın cari mövsümündə 21 matç keçirib.