Karraskoya İngiltərədən üç təklif
31.01.2022 - 15:52
Karraskoya İngiltərədən üç təklif

“Atletiko”nun futbolçusu Yannik Karrasko karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Çelsi”nin maraq dairəsinə düşüb.

London təmsilçisi Karraskonu yayda transfer etmək istəyir. Lakin İngiltərənin digər klubları “Tottenhem”lə “Nyukası” futbolçunu daha tez – indi heyətinə qatmaq fikrindədir. Bu klublar Yannik üçün 49,8 milyon funt sterlinq təklif edir.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümün 20 matçında 2 qola imza atıb.