Karyerasını bitirdi – 31-ci klubunda
12.06.2021 - 00:00
Uruqvay millisinin sabiq futbolçusu Sebastyan Abreu karyerasını başa vurub.
Apasport.az saytının məlumatına görə, klub dəyişməkdə qeyri-adi rekord müəllifi olan hücumçu 44 yaşında butslarını mismardan asıb.
Onun sonuncu komandası Uruqvay təmsilçisi “Sud Amerika” olub. Peşəkar karyerasına 1994-cü ildə başlayan Abreu ümumilikdə 31 klubda oynayıb.
Qeyd edək ki, Abreu Uruqvay millisində 70 oyunda 2 qol vurub. O, 2011-ci ildə Amerika kubokunun qalibi olub.
0
0