Keşlə” də testdən keçən klublara qoşuldu
16.05.2020 - 22:24
Azərbaycan Premyer Liqasının daha bir klubu koronavirus testindən keçib.
Apasport.az saytının məlumatına görə, Bakının “Keşlə” klubunun bütün futbolçu və məşqçi heyəti, həmçinin əməkdaşları müayinə olunub.
Test proseduru AFFA-nın təlimatına və tövsiyəsinə əsasən gerçəkləşib. Klubun təlim-məşq bazasında baş tutan yoxlamanın nəticələrinə əsasən “Keşlə”nin heç bir üzvündə xəstəlik aşkarlanmayıb.
Qeyd edək ki, daha dörd komanda – “Neftçi”, “Qarabağ”, “Zirə”, “Sabah” və “Səbail”, həmçinin hakimlər test verib.
0
0