Belçika millisinin və “Mançester Siti”nin futbolçusu Kevin de Breyne “Real”ın hədəfinə düşüb.
Apasport.az saytının məlumatına görə, yayda heyətini gücləndirməyə qərar verən İspaniya klubu yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Hücumameylli yarımmüdafiəçinin “Real”dakı həmyerliləri və dostları Tibo Kurtua ilə Eden Azar da bu keçidə dəstək olur. Onlar Kevini “Real”a keçməyə razı salmağa çalışır.
Lakin bu keçid Erlinq Halandın transferi baş tutmasa reallaşacaq. Çünki norveçliyə böyük vəsait xərclənsə, “Mançester Siti”nin Kevin üçün istədiyi məbləği ödəməsi mümkün olmayacaq. İngiltərə klubu yarımmüdafiəçi üçün 100 milyon avro istəyir.
Qeyd edək ki, belçikalı cari mövsüm Premyer Liqada 24 oyunda 11 qol vurub.