Kilian Mbappe zədəsini sağaltdı
22.01.2022 - 17:13
Kilian Mbappe zədəsini sağaltdı

PSJ-nin hücumçusu Kilian Mbappe zədəsini sağaldıb.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı forvard kollektivlə birlikdə məşqlərə qatılıb.

Sol ayağındakı ağrılar səbəbindən komandanın bir neçə məşqini buraxan Fransa millisinin üzvü tibbi müayinədən keçib və ardından kollektivə qoşulub. Baş məşqçi Mauritsio Poçettino komandanın bombardirinin növbəti qarşılaşmada iştirak ərizəsinə salınacağını açıqlayıb.

PSJ-nin digər aparıcı futbolçusu Neymarın isə gələn həftədən məşqlərə başlaması gözlənilir.

Qeyd edək ki, Liqa1-in XXII turunun PSJ – “Reyms” oyunu sabah keçiriləcək.