Klaudio Markizio “Monako”ya "köçür"
                    
                    05.09.2019 - 18:03
                        
                     
                    İtaliya millisinin sabiq futbolçusu Klaudio Markizio karyerasını “Monako”da davam etdirə bilər.
APA-nın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi “Knyazlıq klubu” ilə müqaviləsinin şərtlərini razılaşdırıb.
Tərəflər arasında 1+1 illik anlaşma əldə edilib. 2018/19 mövsümünü Rusiya təmsilçisi “Zenit”də keçirən K.Markizio “Monako”ya azad agent kimi qoşulacaq.
Qeyd edək ki, 2003-17-ci illərdə İtaliya millisində 55 oyun keçirən futbolçu 7 dəfə İtaliya, 1 dəfə Rusiya çempionu olub.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
             
                     
                     
                                             
                                             
                                            