Klaudio Ranyeri “Sampdoriya”da - RƏSMİ
12.10.2019 - 19:32
İtaliyanın “Sampdoriya” klubunda baş məşqçi təyinatı gerçəkləşib.
APA-nın məlumatına görə, Klaudio Ranyerinin bu vəzifəyə təyinatı rəsmiləşib.
67 yaşlı mütəxəssis 2021-ci ilə qədər müqavilə imzalayıb. O, cari mövsümdə 1 milyon avro qazanacaq. Əgər komanda A seriyasında yerini qorusa, baş məşqçi əlavə mükafat əldə edəcək.
O, oktyabrın 7-də istefaya göndərilən Eusebio Di Françeskonu əvəzləyib.
Qeyd edək ki, K.Ranyerinin son klubu “Roma” olub. O, ötən mövsümün sonunda vəzifəsindən ayrılıb.
0
0