Klaudio Ranyeri qovulur
22.01.2022 - 17:47
İngiltərə Premyer Liqasının daha bir klubu baş məşqçi dəyişikliyinə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, “Uotford” hazırkı çalışdırıcısı Klaudio Ranyerini istefaya göndərməyi nəzərdən keçirir.
Premyer Liqanın XXIII turunda doğma arenasında “Norviç”ə böyük hesabla uduzan (0:3) “Uotford” rəhbərliyi təhlükəli zonada qərarlaşan komandanın durumundan narazıdır. Bu səbəbdən klubun Çempionşipə düşməsinin qarşısının alınması üçün tezliklə Ranyerinin vəzifəsindən qovulması gözlənilir.
Qeyd edək ki, “Uotford” hazırda 14 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşır.
0
0