Klauido Ranyerinin yerini Roy Hocson tuta bilər
25.01.2022 - 10:40
Klauido Ranyerinin yerini Roy Hocson tuta bilər

İngiltərənin “Uotford” klubunun baş məşqçi postuna əsas namizəd müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Klauido Ranyerini istefaya göndərən Premyer Liqa təmsilçisinin sükanı arxasına Roy Hocson keçə bilər.

İngiltərə millisinin sabiq çalışdırıcısı bu vəzifəyə əsas namizəd hesab olunur. 75 yaşlı mütəxəssisin təyinatı artıq bu gün rəsmiləşə bilər.

Onun son iş yeri “Kristal Pelas” olub. Hocson ötən mövsüm başa çatandan sonra postundan ayrılıb.

Qeyd edək ki, “Uotford” Premyer Liqanın turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.