Klopp Konfrans Liqasında oynamayacaqlarına ümid edir
23.04.2022 - 00:01
Klopp Konfrans Liqasında oynamayacaqlarına ümid edir

“Gözləmirdim ki, Liqa kubokunu qazanacaq, İngiltərə kubokunda finala, Çempionlar Liqasında yarımfinala çıxacaq, Premyer Liqada liderdən bir xal geri qalacağıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Liverpul”un baş məşqçisi Yurgen Klopp deyib.

Almaniyalı mütəxəssis üçün uğurlu mövsüm keçirən komandasının nəticələri gözlənilməz olub. Klopp Avropanın üçüncü dərəcəli klub turniri olan Konfrans Liqasında oynamaq istəmədiyini növbəti dəfə xatırladıb: “Bilirdim ki, ötən mövsümdəkindən daha yaxşı olacağıq. Həmin vaxt Çempionlar Liqasına vəsiqə qazanmaq da çox ağır idi. Bəzən elə olurdu ki, hər şeyin qaydasında olduğunu düşünürdüm. Amma ümid edirdim ki, Konfrans Liqasında oynamalı olmarıq”.

Qeyd edək ki, 32 oyundan sonra “Mançester Siti” 77, “Liverpul” 76 xala malikdir.