Klozeni keçdi, Maskeranoya yaxınlaşır - Messi
19.11.2019 - 00:24
Klozeni keçdi, Maskeranoya yaxınlaşır - Messi

Lionel Messi Argentina millisinin heyətində növbəti oyununa çıxıb. 

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Uruqvayla keçirilən yoldaşlıq görüşü 32 yaşlı futbolçunun yığmada 138-ci matçı olub.

Bununla dünya futbol tarixində yığmada ən çox oyun keçirənlərin siyahısında 51-ci yerə yüksələn Leo keçmiş futbolçular Yari Litmanen və Miroslav Klozeni geridə qoyub. Argentina yığmasında ən çox oyun keçirən 3-cü oyunçu olan Messi hazırda yalnız Xavyer Maskerano (147 oyun) və Xavyer Zanettidən (143) geri qalır.

Argentina - Uruqvay görüşündə ikincilərin heyətində isə Dieqo Qodin 135, Edinson Kavani 116, Luis Suares 113-cü oyununa çıxıb. Qodin bu baxımdan yığmasının rekordçusudur.

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən matçda Uruqvay 1:0 hesabı ilə öndədir.