Klublararası dünya çempionatına ev sahibliyinə yeganə namizəd - Çin
21.10.2019 - 00:46
Klublararası dünya çempionatına ev sahibliyinə yeganə namizəd - Çin

Futbol üzrə klublararası dünya çempionatı 2021-ci ildə Çində keçirilə bilər.

APA-nın məlumatına görə, Asiya təmsilçisi bununla bağlı namizədliyini irəli sürən yeganə ölkədir.

Dünya çempionatının ev sahibi FİFA-nın oktyabrın 24-də Çinin Şanxay şəhərində keçiriləcək iclasında seçilməlidir. 2021-ci ildən etibarən çempionat dörd ildən bir, 24 komandanın iştirakı ilə baş tutacaq.

Qeyd edək ki, əvvəlki formatla keçiriləcək son iki yarış 2019 və 2020-ci illərdə Qətərdə baş tutacaq.