Klublarımızın UEFA-dan əldə etdiyi illik qazanc – “Keşlə” siyahıda yoxdur
28.01.2020 - 15:33
UEFA tərəfindən 2019-cu ildə Azərbaycan klublarına ayrılan vəsaitin məbləği müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, AFFA-nın bu gün keçirilən Hesabat Konfransında maliyyə vəsaitinin 15 milyon 451 min 591 manat təşkil etdiyi açıqlanıb.
UEFA-dan ən böyük qazanc əldə edən klub “Qarabağ” olub - 12 milyon 324 min 696 manat. “Neftçi” 1 milyon 563 min 939 manat, "Qəbələ" 706 min 196, “Səbail” 543 min 509 manat, "Zirə", “Sabah” və "Sumqayıt" hər biri 104 min 717 manat əldə edib.
UEFA Premyer Liqa klublarından yalnız “Keşlə”yə vəsait ayırmayıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0