Klubunu dəyişir – A seriyasında
26.05.2021 - 12:42
İtaliyanın “Verona” klubunun baş məşqçisi İvan Yuriç komandasını dəyişir.
Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis yeni mövsümdən A seriyasının digər təmsilçisi “Torino”nu çalışdıracaq.
45 yaşlı məşqçi və Turin təmsilçisi arasında razılıq əldə olunub. Yuriç 3 illik müqavilə imzalayacaq. O, bonuslardan əlavə ildə 2 milyon avro qazanacaq.
Qeyd edək ki, A seriyasının başa çatan mövsümündə “Verona” 10-cu, “Torino” 17-ci yeri tutub.
0
0