"Səbail"in moldovalı legioneri Yevgeni Koçuk Fransa ilə oyunda iştirak edib.
Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis Engin Fırata tapşırılan Moldova millisi səfər matçında rəqibinə çətin anlar yaşadıb.
Bununla belə, Koçukun komandası hesabda önə keçdiyi qarşılaşmada 2:1 hesabı ilə məğlub olub. 26 yaşlı yarımmüdafiəçi start heyətində meydana çıxıb və matçı əvəzolunmadan başa vurub.
Qeyd edək ki, sabiq baş məşqçi Semyon Altmanın rəhbərliyi altında Türkiyə ilə keçirilən oyunda meydana çıxmayan Koçuk millinin düşərgəsini tərk edərək Azərbaycana dönmüş, sonrakı toplanışa dəvət almamışdı.