Komandadan getdi - “Qalatasaray”ın məşqçisi
11.05.2020 - 17:36
“Qalatasaray”ın məşqçisi Hasan Şaş istefa verib.
Apasport.az saytının məlumatına görə, bunu Fatih Terimin 44 yaşlı köməkçisi özü açıqlayıb.
O instaqram hesabında yazdığı statusunda bildirib ki, vəzifəsindən öz istəyi ilə ayrılıb. Şaş bu günə qədər ona ən çətin günlərində dəstək olan azarkeşlərinə də təşəkkür edib.
Qeyd edək ki, 1998-2009-cu illərdə “Qalatasaray”da oynamış Şaş 2018-ci ildən əsas komandada məşqçi işləyirdi. O, 2011-13-cü illərdə də İstanbul klubunda çalışdırıcılıq edib.
0
0