Köməkçi məşqçi olacaq - Miroslav Kloze
06.04.2020 - 10:13

"Bavariya"nın sabiq hücumçusu Miroslav Kloze komandada çalışa bilər.
Apasport.az saytının məlumatına görə, rəhbərlik U-17-nin baş məşqçisini əsas heyətdə köməkçi-məşqçi təyin etmək niyyətindədir.
Münhen təmsilçisi bunu artıq müzakirə edib və baş məşqçi Hans-Diter Fliklə məsləhətləşib. Bir ildən sonra Pro kateqoriyasını alacaq 41 yaşlı mütəxəssisin tezliklə Flikin köməkçisi təyin olunacağı gözlənilir.
Qeyd edək ki, Miroslav Kloze 2007-2011-ci illərdə "Bavariya"nın formasını geyinib.
0
0