Konfrans Liqasında finala son addım
15.04.2022 - 09:42
Konfrans Liqasında finala son addım

Konfrans Liqasında yarımfinal oyunlarının təqvimi dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, finalın bir addımlığında dörd ölkə təmsilçiləri mübarizə aparacaq.

Bu raundun görüşləri aprelin 28-də və mayın 5-də baş tutacaq. İlk dəfə keçirilən yarışın finalı isə mayın 25-də Tiranada oynanılacaq.

Qeyd edək ki, “Lester” PSV (0:0, 2:1), “Marsel” PAOK (2:1, 1:0), “Feyenoord” “Slaviya” (3:3, 3:1) ilə görüşün taleyini səfərdə, “Roma” isə “Bodo Qlimt”lə cütün qalibini (1:2, 4:0) evdə müəyyənləşdirib. 

Yarımfinal
İlk oyunlar
28 aprel

23:00. “Lester” – “Roma”
23:00. “Feyenoord” – “Marsel”

Cavab oyunları
5 may

23:00. “Roma” - “Lester”
23:00. “Marsel” - “Feyenoord”