Konte üçün anonim məktub - içərisində güllə
16.11.2019 - 11:46
Konte üçün anonim məktub - içərisində güllə

İtaliyanın “İnter” klubunun baş məşqçisi Antonio Konte xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az-ın məlumatına görə, tanınmış mütəxəssisə anonim məktub gəlib.

Məktubun içinə güllə də qoyulub. Məsələ ilə bağlı polis araşdırması başlayıb.

Hüquq-mühafizə orqanları A.Kontenin müdafiə edəcəyini bildirib. Onun evi və komandanın məşq bazasına mühafizəçilər yerləşdiriləcək.

Qeyd edək ki, A.Konte bu ilin yayından Milan təmsilçisini çalışdırır.