Koronavirus testinin cavabı - “Zirə”də
15.05.2020 - 22:38
Azərbaycan Premyer Liqasının daha bir klubu koronavirus testi verib.
Apasport.az saytının məlumatına görə, bu gün "Zirə"nin kollektivi, texniki və futbolçu heyətindən test götürülüb.
Bu, AFFA-nın təlimat və tövsiyəsinə əsasən gerçəkləşib. Klubun üzvləri “Zirə”nin təlim-məşq bazasında müayinə olunub. Testin nəticəsi kollektivin heç bir üzvündə pozitiv çıxmayıb.
Qeyd edək ki, daha öncə "Neftçi” və “Qarabağ”ın üzvləri test verib.
0
0