Koronavirusa görə Çempionlar Liqasından imtina etdilər
12.04.2022 - 10:53
Koronavirusa görə Çempionlar Liqasından imtina etdilər

Asiya Çempionlar Liqasında Çini təmsil edən “Şanxay Port” turnirdən imtina edib.

Apasport.az saytı xəbər verir ki, buna səbəb koronavirus pandemiyası səbəbindən ölkədə tətbiq edilən karantin şərtləridir.

Asiya Futbol Konfederasiyası “Şanxay Port”un səyahət məhdudiyyəti ucbatından Tailandda keçiriləcək J qrupunun yarışlarına qatıla bilməyəcəyini açıqlayıb. “Şanxay Port” ÇL-də iştirakdan imtina edən ikinci Çin klubu olub. Ona qədər “Çanqçun Yatay” eyni səbəbdən ötən ay turnirdə iştirak etməyəcəyini bəyan edib.

Qeyd edək ki, Çində koronavirusa yoluxma hallarının artması səbəbindən yenidən karantin rejimi elan edilib.