Koronavirusa yoluxdu – “Fənərbaxça”nın sabiq hücumçusu
20.10.2020 - 16:26
Koronavirusa yoluxdu – “Fənərbaxça”nın sabiq hücumçusu

İspaniyanın “Qranada” klubunun hücumçusu Roberto Soldado koronavirus infeksiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İspaniya millisinin sabiq forvardından götürülən testin nəticəsi pozitiv çıxıb. 35 yaşlı oyunçu klubun tibbi personalının nəzarətindədir.

“Qranada” 5 turdan sonra La Liqada 10 xalla 6-cı pillədə qərarlaşıb. Soldadonun aktivində cari mövsüm 1 qol var.

Qeyd edək ki, “Real”ın yetirməsi olan Roberto Soldado karyerası ərzində “Valensiya”, “Tottenhem”, “Vilyarreal” və “Fənərbaxça” kimi klubların formasını geyinib.
 

0