Koronavirusa yoluxdu – “Milan”ın baş məşqçisi
14.11.2020 - 14:56
Koronavirusa yoluxdu – “Milan”ın baş məşqçisi

İtaliyanın “Milan” klubunda daha bir koronavirusa yoluxma faktı aşkarlanıb.

Apasport.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu dəfə virusa yoluxan baş məşqçi Stefano Piolidir. Təcrübəli mütəxəssisdən götürülən testin nəticəsi pozitiv çıxıb. 55 yaşlı çalışdırıcı karantinə alınıb. Onun komandası 7 turdan sonra 17 xalla A seriyasına başçılıq edir.

Qeyd edək ki, İtaliya A seriyası komandalarından indiyə qədər yalnız “Udineze”də heç kim koronavirusa yoluxmayıb.