Koronavirusa yoluxdu – “Zirə”nin futbolçusu
17.11.2020 - 16:44
“Zirə” klubunun futbolçusu Klesio Bauk koronavirusa yoluxub.
Apasport.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
Bildirilib ki, hazırda Mozambik yığmasının düşərgəsində yer alan 26 yaşlı vingerin koronavirus testi pozitiv çıxıb. Onunla yanaşı, millinin daha 7 futbolçusunda virusa yoluxma müşahidə olunub.
Mozambik yığması dünən Afrika Millətlər Kubokunda Kamerunla (0:2) qarşılaşıb. Koronavirusa yoluxduğu məhz dünən müəyyənləşən oyunçular həmin görüşdə iştirak etməyiblər.
0
0