Koronavirusa yoluxdu - Amerika kuboku ərəfəsində
01.06.2021 - 10:53
Çili millisinin futbolçusu Arturo Vidal koronavirusa yoluxub.
Apasport.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi Amerika kuboku ərəfəsində xəstələnib.
Onun testi müsbət nəticələnib. Bunu Vidalın özü açıqlayıb: “Qarşıdakı görüşlərdə meydana çıxa bilməyəcəyəm. Amma bütün qüvvəmlə komanda yoldaşlarıma dəstək olacağam. Tezliklə düzələcəyəm və millinin formasını geyinmək imkanı qazanacağam”.
Qeyd edək ki, Braziliyadakı Amerika kuboku iyunun 11-dən iyulun 10-dək keçiriləcək.
0
0