Koronavirusa yoluxdu – İlkay Gündoğan
21.09.2020 - 13:53
Koronavirusa yoluxdu – İlkay Gündoğan

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu İlkay Gündoğan koronavirus pandemiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, Almaniya millisinin üzvünün koronavirus testi pozitiv çıxıb. Bu səbəbdən Türkiyə əsilli oyunçu 10 günlük karantinə alınıb.