Koronavirusa yoluxdu – Ərtuğrul Sağlam
17.11.2020 - 10:25
Koronavirusa yoluxdu – Ərtuğrul Sağlam

Tanınmış türkiyəli məşqçi Ərtuğrul Sağlam koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssisin rəhbərlik etdiyi “Samsunspor” klubu məlumat yayıb.

Bildirilib ki, 51 yaşlı mütəxəssisin koronavirus testi pozitiv çıxıb. Bu üzdən “Beşiktaş”ın sabiq baş məşqçisi karantinə alınıb.

Qeyd edək ki, Ərtuğrul Sağlam 2009/10 mövsümündə “Bursaspor”a Türkiyə çempionluğunu qazandırıb.
 

0