Kosta Rusiyaya getməkdən imtina etdi, Braziliyada qalacaq
02.03.2022 - 09:12
İspaniya millisinin sabiq futbolçusu Dieqo Kosta “Korintians”la anlaşmağa yaxındır.
Apasport.az saytının məlumatına görə, Rusiya klublarından aldığı təkliflərdən imtina edən hücumçu karyerasını Braziliyada davam etdirməyə üstünlük verir.
33 yaşlı forvard yeni klubuna azad agent kimi keçəcək. Ö, ötən mövsümdə “Atletiko Mineyro”da çıxış edib. O, bu komanda ilə Braziliya çempionu adını qazanıb.
Qeyd edək ki, bir müddət əvvəl Kostanın “Zenit” və “Krasnodar”dan birinə keçəcəyi gözlənilirdi.
0
0