“Neftçi”yə qarşı matçda pis oynamadıq”.
Apasport.az saytının məlumatına görə, bunu Polşa “Qurnik”inin qapıçısı Adrian Kostajevski deyib.
O, “Neftçi” ilə Antalyadakı yoxlama oyunu barədə fikirlərini açıqlayıb: “Özümüz də qol imkanlarımız oldu. Bəlkə də topa ümumilikdə rəqib daha çox nəzarət etdi. Amma onlar diqqətçəkən qol imkanları yarada bilmədilər. “Neftçi” azsaylı epizodların yalnız birində bu imkandan yararlandı. Biz isə istifadə edə bilmədik. Düşünürəm ki, hər şey gündən-günə düzələcək. Gələn oyuna daha yaxşı formada olacağıq. Artıq həmin matçda qələbə üçün mübarizə apara bilərik”.
Qeyd edək ki, “Neftçi” bu görüşdə 1:0 hesablı qələbə qazanıb.