Kostaya La Liqadan dəvət
29.01.2022 - 17:44
Kostaya La Liqadan dəvət

“Atletiko” və “Çelsi”nin sabiq futbolçusu Dieqo Kosta La Liqaya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, hücumçu “Valensiya”dan təklif alıb.

İspaniya klubu 33 yaşlı forvardla yarım illik müqavilə imzalamaq istəyir. Bunadək “Salernitana”nın maraq dairəsində olan Kostanın “yarasalar”la anlaşacağı gözlənilir.

Qeyd edək ki, Dieqo “Atletiko Mineyro”dan ayrıldıqdan sonra azad agent statusuna malikdir.