Koutinyonu satmağa razı oldu - “Barselona”
05.07.2021 - 15:13
İspaniyanın “Barselona” klubu futbolçusu Filippe Koutinyonu satmağa razılıq verib.
Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi braziliyalı yarımmüdafiəçi üçün 25 milyon avro istəyir.
Hərçənd cənubi amerikalı qat-qat baha qiymətə alınıb. 2018-ci ildə “Barselona” “Liverpul”a 165 milyon ödəyib.
Qeyd edək ki, Koutinyo karyerasını “Milan”da davam etdirə bilər.
0
0