Krauçu arxada qoydu – Milner
24.04.2021 - 21:42
İngiltərə Premyer Liqasında yeni rekord qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, “Livepul”un futbolçusu Ceyms Milner “Nyukasl”la bugünkü qarşılaşmaya (1:1) sonradan çıxıb.
Yarımmüdafiəçi Premyer Liqada 159-cu dəfə matça ehtiyatdan daxil olub. Bu, turnirin tarixində mütləq rekorddur.
Milner Piter Krauça məxsus göstəricini arxada qoyub. Ucaboy forvard 158 dəfə meydana sonradan daxil olmağı bacarıb.
0
0