Kriştianu Ronaldo Robbi Kinin rekordunu yeniləydi
11.09.2019 - 09:49

Avropa çempionatlarının seçmə mərhələlərinin yeni rekordu qeydə alınıb.
APA-nın məlumatına görə, Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo qol sayında mütləq rekord vurub.
34 yaşlı hücumçu AVRO-2020-nin Litva ilə seçmə oyununda (5:1) dörd dəfə fərqlənib. Bununla da onun qitə çempionatlarının seçmə mərhələlərindəki qollarının sayı 25-ə çatıb.
Bu göstərici Avropada yeni rekorddur. Portuqaliyalı İrlandiya yığmasında 23 qol vuran Robbi Kinin göstəricisini iki top geridə qoyub.
0
0
Kriştianu Ronaldo
Robbi Kin
rekord