Kuboku qazandı – 20-ci dəfə
20.05.2021 - 01:01
Kuboku qazandı – 20-ci dəfə

İtaliya kubokunun qalibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, mükafatı “Yuventus” qazanıb.

Turin təmsilçisi final matçında “Atalanta” ilə görüşüb. 2:1 hesabı ilə qələbə qazanan “ağ-qaralar” tarixində 20-ci dəfə bu mükafata yiyələnib.

İtaliya kuboku
Final
19 may
“Atalanta” – “Yuventus” – 1:2

Malinovski, 41 – Kuluşevski, 31, Kyeza, 73