"Qarabağ" yeni transferi Ovusu Kvabenanı yanvarın 23-də təqdim etməsinə baxmayaraq, futbolçunun mövsümün ilk yarısını icarə əsasında keçirdiyi "Kordoba" klubu onunla müqaviləyə xitam verildiyini 5 gün sonra bəyan edib.
Apasport.az saytının məlumatına görə, ayrılığın gec açıqlanması İspaniya təmsilçisinin forvardın gedişini həzm edə bilməməsi ilə əlaqələndirilib.
Məlumatda bildirilir ki, Kvabenanın Sequnda klubundan vaxtından tez getməsinin səbəbi maliyyə məsələsi olub. Müqavilə ilə "Leqanes"ə məxsus olan Qana millisinin üzvü "Kordoba"ya mövsümün sonuna qədər icarəyə verilib. Ancaq "Kordoba" onun məvacibini gecikdirdiyi və qalan borcunu ödəmədiyi üçün 23 yaşlı oyunçu icazəsiz düşərgəni tərk edib və "Qarabağ"a üz tutub.
Qeyd edək ki, Ovusu Kvabena Azərbaycan çempionu ilə 3,5 illik müqavilə imzalayıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı