Kyellini milli karyerasını başa vurur
26.04.2022 - 09:15
Kyellini milli karyerasını başa vurur

Corcio Kyellini milli karyerasını başa vurmaq qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, bu barədə futbolçu özü açıqlama verib.

37 yaşlı müdafiəçi iyunun 1-də Argentina ilə “finalissima” adı altında keçiriləcək qarşılaşmada İtaliya yığması ilə vidalaşacaq: “Yaxşı durumda olsam, “Uembli”də Argentinaya qarşı görüşdə iştirak edəcəyəm. Belə bir bayram əhvallı matçda yığma ilə vidalaşmaq istərdim”.

İtaliya Avropa çempionu, Argentina isə Cənubi Amerikanın qalibi olduğu üçün bu oyun təşkil edilib. “Finalissima” adlı matç UEFA və KONMEBOL arasında 2028-ci ilə qədər davam edəcək əməkdaşlıq çərçivəsində ilk birgə layihədir.

Qeyd edək ki, Corcio Kyellini 2004-cü ildən İtaliya millisinin formasını geyinir.